Məktəbdaxili monitorinq keçirilib

Dərs ili başlayandan məktəbin II-XI sinif şagirdləri üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən üç dəfə məktəbdaxili monitorinq imtahanı keçiririlib. Bundan başqa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbin IX sinif şagirdləri arasında iki dəfə məktəbdaxili monitorinq keçirildi. Siniflər üzrə iki variantda Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərini əhatə etməklə hər fənn üzrə 30 sual təqdim olundu.

       İmtahanın məqsədi təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının tədris prosesinə təsirinin müəyyən edilməsi oldu. Həmçinin şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülür, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərlərin aşkara çıxarılır. Bu işdə yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması da önəm daşıyır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi