"İdmançı şagirdimiz"
Məktəbimizin 8a sinif şagirdi Həsənli Nahid Aslanov güləş akademiyasının sərbəst güləş üzrə azyaşlı yeniyetmələr arası açıq birinciliyində 35 kq çəki dərəcəsində I yeri tutduğuna görə diplom və hədiyyələrlə təltif olunmuşdur. Şagirdimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.