"Dünya sənin, dünya mənim, dünya heç kimin" adlı tədbir

"Poeziyamızın xan çinarı

"Azərbaycan” deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Yaradıcı insanların ortaq xüsusiyyətlərindən biri də onların əbədi və əzəli bir ilham mənbəyinin olmasıdır. Xalq şairi Məmməd Arazın əsas ilham mənbəyi tarixi minilliklərə söykənən, tarix səhnəsində hər zaman öz söz və mövqeyinə malik olan Vətənidir.

"Vətən” sözü şair üçün mücərrəd bir məfhum deyil. Məmməd Araz “Vətən” dedikdə gözlərimiz önündə yurdumuzun gözəl düzləri, bol sulu çayları, məğrur dağları, yalçın qayaları canlanır.  Məmməd Araz Azərbaycan ədəbiyyatında zəngin ədəbi irsə, sənətkarlıq qüdrətinə malik söz ustadıdır. Müasir ədəbi fikrin və milli azadlıq ideyalarının formalaşmasında Məmməd Araz poeziyasının müstəsna yeri və rolu olub.

Yanvarın 25-də Bakı şəhəri 135 nömrəli məktəbdə görkəmli şairimiz Məmməd Arazın bədii yaradicılıgına həsr olunmuş "Dünya sənin, dünya mənim, dünya heç kimin" adlı tədbir keçirilmişdir. Tədbirin sonunda məktəbin direktoru Ş.Qurbanova şagirdlərlə öz təəssüratlarını bölüşmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi