BÖYÜK MÜVƏFFƏQİYYƏTLƏRƏ GEDƏN YOL BİLİKDƏN KEÇİR!

16.09.2024- cü il tarixdə
 məktəbimizdə "Bilik Günü" münasibətilə tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagird heyəti ,valideynlər ,eyni zamanda,Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüstəm Mehdizadə iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və Vətənimizin azadlığı,suverenliyi ,ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi.
Tədbirdə çıxış edən YRİH- nin nümayəndəsi Rüstəm Mehdizadə Bilik Günü münasibətilə məktəbliləri,valideyn və müəllimləri təbrik edərək,onlara yeni dərs ilində uğurlar arzuladı.
Tədbir yuxarı sinif şagirdlərinin hazırladıqları çıxışla davam etdi.Şeirlər və mahnılar səsləndirildi.Birinci sinif şagirdlərinin ifasında "Ana məktəb" mahnısı oxundu.
Tədbirin sonunda məktəb direktoru Mehriban Alşanova çıxış edərək məktəbə ilk qədəmlərini qoyan birinciləri və onların valideynlərini,müəllimləri,bütün şagirdləri təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi