I YARIMİLİN YEKUNLARINA DAİR PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ.

Yasamal rayonu 133 nömrəli tam orta məktəbdə 2023- 2024- cü tədris ilinin l yarımilinin yekunlarına dair Pedaqoji Şura iclası keçirilib.İclasda məktəbin pedaqoji kollektivi və valideyn komitəsinin nümayəndələri iştirak etdilər.İclası giriş sözü ilə açan məktəbin direktoru M.Alşanova ilk olaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib ,l yarımilin yekunları ,ll yarımildə qarşıda duran məsələlər barədə məlumat verdi.Daha sonra məktəb psixoloqu sinif rəhbərlərinin psixoloqla sıx əməkdaşlığı və digər məsələlər barədə danışdı.İclasda məktəbdaxili qiymətləndirmələrin nəticələri ,dərsə davamiyyət ,məktəbin nizam - intizam qaydaları ,IX sinfin buraxılış imtahanına hazırlığı və digər mövzular ətrafında müzakirələr aparıldı,valideynlərin təklifləri dinlənildi.Müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi