Şagirdlərimizin ilk qar sevinci.

Nəhayət dünən  Bakıya ilk qar yağdı.Payız xəzanında yarpağını tökmüş ağaclar bir anda ağ rəngə boyandı. Paytaxt yolları, küçələri ağ örpəyə büründü. Qar uşaqlarla yanaşı böyüklərin də sevincinə səbəb oldu. Onlar yaşadıqları evlərin, binaların həyətinə düşərək yağan ilk qarın dadını çıxarmağa çalışdılar. Qar sevinci yaşayanlar arasında 133 nömrəli məktəbin şagirdləridə var idi .
Uşaqların qar sevincini
xalq şairi  Musa Yaqubun sözləri ilə ifadə etsək yerinə düşərdi :
Ulduz tək üstümə səpələn ey qar,
Geyindir əynimə ağappaq donu
Sənin ki bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu,
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizlikdə isinmək olar...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi