Biologiya fənnindən açıq dərs keçirildi.
Məktəbin fəaliyyət planına uyğun olaraq 6 dekabr 2023- cü il tarixdə məktəbdə növbəti açıq dərs təşkil edildi.Biologiya müəllimi Səbinə Nağıyevanın V-a sinfində "Bərk,maye və qazların fərqli xassələri " mövzusunda tədris etdiyi dərs yeni təlim metodları əsasında keçirildi.Mövzuya aid əyani vəsaitlərdən,müxtəlif resurslardan istifadə edilən açıq dərs şagird fəallığı şəraitində keçdi.Dərs məktəb rəhbərliyi və müəllimlər tərəfindən dinlənilərək müzakirə edildi.