"Bilik günü" qeyd olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/2-3697/2025-ci il nömrəli əmrinə əsasən 15.09.2025-il tarixdə məktəbdə "Bilik günü" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü, müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Samirə Əliyeva tədbir iştirakçılarını-müəllim və şagirdləri 2025-2026-cı tədris ilinin başlanması münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar ilk dərslərin "Konstitusiya və Suverenlik İli" nə həsr olunduğunu bildirib. Daha sonra söz məktəbin gülü, çiçəyi olan birincilərə verilib və şagirdlərimiz ilk zəngin sədaları altında sinif otaqlarına daxil olublar.