Pedaqoji Şura iclası keçirilib

12.09.2025-ci il tarixində 130 nömrəli tam orta məktəbdə Pedaqoji Şura iclası keçirilib. Məktəbin direktoru Samirə Əliyeva müəllim kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, gündəlikdə duran məsələləri heyətin diqqətinə çatdırıb.
1. Pedaqoji Şura sədrinin və katibinin seçilməsi.
2. Məktəbin iş rejiminin müəyyənləşdirilməsi.
3. Məktəbin Fəaliyyət Planının və Pedaqoji Şuranın illik iş Planının təsdiq olunması.
4. Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili.
5. Vəzifə bölgüsü.
6. Metodbirləşmə rəhbərlərinin və sinif rəhbərlərinin təyin olunması.
7. Siniflər üzrə fənlərin II yarımil və illik təhlili və müzakirəsi.
8. Yay-tədris tapşırıqlarının nəticələri.
9. 2025-2026-cı ildə qarşıda duran hədəflərin elan olunması.
İclasın sonunda məktəbin direktoru yeni təyin olunan müəllimləri kollektivə təqdim etdi. Pedaqoji heyətə fəaliyyətində uğurlar arzuladı.