Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib
01.03.2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak edəcək 10 nəfər Riyaziyyat və Xarici dil müəllimləri ilə məktəbin rəhbəri Samirə Əliyeva görüş keçirib. Görüş zamanı müəllimlərin imtahanqabağı akademik və metodik ehtiyacları müzakirə edilib. İmtahana hazırlıq səviyyələri barədə fikir mübadiləsi aparılıb.