İdmansevərlər layihəsi üzrə dostluq yarışı keçirilib
BŞTİ-nin N-3-29-59/3-2-124F əmrinə əsasən İdmansevərlər layihəsinin icrasına start verilib. Təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi məqsədilə fiziki tərbiyə müəllimi Orxan Əskərovun təşkilatçılığı ilə X-Xl sinif şagirdləri arasında dostluq yarışı keçirilib.