"Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin esse mərhələsi keçirilib
Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 10 yanvar 2024-cü il tarixində Nardaran qəsəbəsi 130 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbirini keçirib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icrası davam edir.
Layihə rəhbəri Namiq Nəcəfov bidirib ki, layihənin İcra Planına uyğun olaraq, Nardaran qəsəbəsi 130 № li tam orta məktəbdə, elektron lövhə və proyektorla təchiz olunmuş sinif otağında layihənin növbəti tədbiri keçirilib: “Sinif otağında dolabda məktəbin kitabxana fondunda saxlanılan Ulu Öndərə həsr olunmuş albom və kitablar, divarda şagirdlərin Ulu Öndərə həsr etdikləri əl işləri nümayiş olunurdu. “Oriqami” təşkilatı, layihə çərçivəsində hazırlanmış loqolu dəftərxana ləvazimatı, loqolu çap məhsulları və loqolu istehlak mallarını nümayiş etdirirdi”. Qeyd edək ki, tədbirdə 130 № li tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric təqbiyə üzrə təşkilatçı Yeganə Dadaşova, fənn müəllimləri - Məhəbbət Tarıverdiyev, Xədicə Fərəczadə, Şəhanə Həsənova, UBTR Təhminə Novruzova, laborant Şəbnəm Mahmudova, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər. Tədbiri, giriş sözü ilə, layihə rəhbəri N.Nəcəfov açdı. O, çıxışında Ümummilli Lider Heydər Əliyevə Azərbaycan xalqının dərin məhəbbətindən və böyük ehtiramından danışdı.
Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi M.Qədirov tədbir iştirakçıları qarşısında çıxış edərək gənclərin yararlı vətəndaş olaraq böyüməsində, davamlı, dayanıqlı inkişafında “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin rolunu qeyd etdi və Azərbaycan Gənclər Fondunun Bakıətrafı kənd və qəsəbələrdə yaşayan gənclərin hərtərəfli inkişafı məqsədi ilə gördüyü işlərdən danışdı.
130 № li tam orta məktəbin pedaqoji heyyəti adından çıxış edən Y.Dadaşova “Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin şagirdlərin təlim-tərbiyəsində əhəmiyyətini xüsusi olaraq qeyd etdi.
Tədbirə toplaşmış şagirdlər - 7ç sinfi Ə.Fərəczadə, 8a M.Həsənli,8c M.Vəliyeva, 8 ç E.Teymurova, Z.Quluzadə, 9 b Ə.Əmirov, 9 c A.Quliyeva, S.Nəsənova 10 a A.Movlamov,Z.Yaxşıbəyov, T.Abbasova ,11a K.Abdiyev, R.Həsənova, F.Abdullayeva Ulu Öndərə həsr olunmuş və tətil günlərində evdə işlədikləri esse yazılarından parçalar oxudular. Şagirdlərin biri-birindın maraqlı və məzmunlu çıxışları bütün içtirakçıların çox xoşuna gəldi və dəfələrlə alqışlandı. Layihə rəhbəri N.Nəcəfov təqbirdə fəal iştirak etdikləri üçün şagirdlərə təşəkkür etdi və tədbirin keçirilməsi məqsədi ilə yaradılan şəraitə və təşkilatçılığa görə 130 № li tam orta məktəbin müdiriyyətinə minnətdarlığını bildirdi.