VI və VII siniflərdə monitorinq keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsininTəhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Vl siniflərdə təbiət fənləri, Vll siniflərdə isə Azərbaycan tarixi fənni üzrə monitorinq həyata keçirilib. Monitorinqdə hər bir fənn üzrə iki variantda 20 tapşırıq təqdim olunub. Tapşırıqların icrası üçün şagirdlərə 45 dəqiqə vaxt verilib.
Monitorinqin keçirilməsində əsas məqsəd təbiət və Azərbaycan tarixi fənləri üzrə şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir. Bütün şagirdlərə uğurlar arzulayırıq.