"Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin icrasına start verilib
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən və Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrasına start verilib.
“Oriqami” Uşaq Və Yeniyetmələr İctimai Birliyindən QHT.az-a bildirilib ki, layihə Ulu Ondər, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın yaradılmasında, Ordunun, iqtisadiyyatın, təhsilin, idmanın inkişafında , gənclər siyasətinin formalaşmasında, Respublikamızın paytaxtı - Bakı şəhərinin böyüməsi, abadlaşması, inkişafı istiqamətində böyük, çoxşaxəli fəaliyyəti və görkəmlı xidmətlərinin tematik çıxışlarda, rəsmlərdə, əl işlərində təcəssüm etdirilməsinə həsr olunur.
Layihə rəhbəri Namiq Nəcəfov qeyd edib ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrasında iştiraka Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li., C.Nurməmmədov adına 108 № li.,255 № li., Ə.Vahid adına 293 № li., C.Cabbarlı adına 187 № li., N.Nərimanov adına 128 № li., Nardaran qəsəbəsi 130 və 295 № li tam orta məktəblərin, Bilgəh qəsəbəsi 142 № li tam orta məktəbin kotinqenti sirasından qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlərin dəvət olunması nəzərdə tutulur.
Şagirdlərin layihədə iştirakı könüllülük prinsipi əsasında, məktəbin müdiriyyəti və onların valideynləri ilə razılaşdırılaraq, asudə vaxtlın məzmunlu təşkili, qabiliyyət və bacarıqların inkişafı olaraq, innovative məşğulluq kimi həyata keçiriləcəyi gözlənilir. Artıq layihənin İcra Planına uyğun olaraq planlaşdırılmış tədbirlər həyata keçirilir. Layihənin icrası barədə media qurumlarında ictimaiyyətin məlumatlandırılması məqsədi ilə Press - Reliz yayımlanıb.
04.12.2023-cü il tarixində “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası barəsində Maştağa, Nardaran, Bilgəh qəsəbə Bələdiyyələrinə elektron məktublar göndərilib. 06.11.12 dekabr tarixlərində Layihə rəhbəri N.Nəcəfov qəsəbələrdə yerləşən 9 ümumtəhsil məktəbin direktor, təşkilatçı, UBR rəhbərləri ilə görüşlər keçirtmiş, layihə çərçivəsində hazırlanmış A -3 Posterlər məktəblərin İctimai Lövhələrinə vurulmuş, məktəblərin pedaqoji heyətinin və bir Qrup fəal şagirdlərinin iştirakı ilə təşkilatı prosesi əks etdirən fotolar çəkilib.