Dərsdinləmələrə start verilib
27.11.2023-cü il tarixdən etibarən məktəbin fəaliyyət planına uyğun olaraq dərsdinləmələrə start verilib. Dərsdinləmələr hər həftə ərzində öncədən müəyyən edilmiş müxtəlif fənlər, seçilmiş siniflər üzrə, eyni zamanda ayrı-ayrı fənn müəllimlərinin fənlərin tədrisi vəziyyətini öyrənmək məqsədilə təşkil olunur. Dərsdinləmələr zamanı "şagird nailiyyətləri və şəxsi inkişaf" sahəsi şagirdlərin dərslərdəki davranışı və ətrafdakılarla qarşılıqlı münasibəti meyarı əsas götürülüb. İlk olaraq 27.11.2023 - 01.12.2023-cü il tarixində ibtidai təhsil səviyyəsində 3-cü və 4-cü siniflər üzrə Riyaziyyat fənninin tədrisi vəziyyəti öyrənilib.