Paytaxt məktəbliləri Bakı Beynəlxalq Kitab Sərgisində

Paytaxt məktəbliləri və ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.

Sərgidə məktəblilər master-klassları, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatlarını izləyib, stendlərə baxış keçirib, Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarları ilə görüşüblər.

Həmçinin şagirdlər maraqlı təqdimatlarla çıxış edib, rəngarəng tamaşa və kompozisiyalar nümayiş etdiriblər.

Sərgi çərçivəsində keçirilən tədbirlər, simpozium və konfranslar, panel müzakirələr, imza günləri, qiraət və musiqi saatları müəllim və şagirdlərdə xoş təəssürat yaradıb.

Qeyd edək ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi