Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən 27.09.2023- cü il tarixində məktəbin həyətində Anım Günü qeyd olunub. Hər gün olduğu kimi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyərək qəhrəmanlarımızı anıblar.
Allah şəhidlərimizə rəhmət eləsin.