Anım Gününə həsr olunmuş "Vətən var olsun!" adlı dəyirmi masa keçirilib
Məktəbin tarix müəllimi Cəmilə Abdullayevanın təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş "Vətən var olsun!" adlı dəyirmi masa təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan torpaqlarının azadlığı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə çatmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra müəllim II Qarabağ müharibəsinin başlanması və müharibənin zəfərlə başa çatması haqqında şagirdlərə məlumatlar verib, mövzu ilə bağlı videomateriallar nümayiş etdirib. O, şagirdləri maraqlandıran sualları cavablandırıb. Məqsəd şagirdlərdə vətənə məhəbbət, xalqa sədaqət hissi aşılamaq olub.