1-ci sinif şagirdlərinin diqqətli və səmərəli fəaliyyəti üçün beyin məşqli testlər keçirilib
Məktəbin psixoloqu Aybəniz Zamanova 1-ci sinif şagirdləri ilə sağ-sol beyin inkişafına aid məşqli testlər işləyib. O, şagirdlərə "Kağız bükümü və açılması", "Kapitan və əla" , "Yumruq və beşlik" diqqət məşqlərini elətdirib. Məqsəd uşaqlarda hər iki beyin inkişafını fəaliyyətə gətirmək olub. O həmçinin qeyd edib ki, sağ və sol beyini eyni anda hərəkətdə tutmaq şagirdlərin diqqətli və daha səmərəli fəaliyyəti üçün önəmlidir.