Pedaqoji Şura iclası keçirilib

    13.09.2023-cü il tarixində 2023-2024-cü tədris ili üzrə Pedaqoji Şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. İclası giriş sözü ilə açan məktəbin direktoru Samirə xanım Əliyeva kollektivi salamladı, yeni tədris ilinin başlanması münasibətilə hamını təbrik edib. Yeni gələn müəllimləri kollektivə təqdim edib, onlara uğurlar arzulayıb. 
İclasın gündəliyində duran məsələlər:
1. Pedaqoji Şuranın sədr və katibinin seçilməsi.
2. 2023-2024-cü tədris ili üçün Elm və Tədris Nazirliyi və BŞTİ tərəfindən göndərilən müvafiq əmr və təlimatların Pedaqoji heyətə çatdırılması.
3. 2023-2024-cü tədris ilində müəllimlərin dərs yükü, sinif komplektlərinin sayı, yay tədris tapşırığı alan şagirdlərin sinifdən-sinfə keçirilməsi vəziyyəti, məktəbin iş rejimi .
4. Məktəbin " Fəaliyyət Planı" nın Pedaqoji Şuranın "İllik iş planı" nın təsdiq olunması.
5. Diaqnostik qiymətləndirməyə hazırlıq.
6. Keçən tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr, hədəflər və s.
Sonda müəllimləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırılıb. Məktəb yeni tədris ilinə hazır hesab edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi