Məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
BŞTİ-nin 3-29-59/3-2-12 F nömrəli əmrinin icrası ilə əlaqədar 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına əsasən UBTR Təhminə Novruzovanın təşkilatçılığı ilə 5/ç sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Muzeydə məktəblilər ümummilli liderin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual formada tanış olublar. Həmçinin Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar nümayiş etdirilən eksponatlarla tanış olublar.