Riyaziyyat məntiq yarışması keçirilib
Sabunçu rayonu 295 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Riyaziyyat elmlərin şahıdır" adlı məktəblərarası riyazi-məntiqi yarış keçirilib.Yarışda məktəbimizin IX sinif şagirdləri Mövlanov Ağacəfər, Feyzullayev Həsən, Əliyev Həmzə, Qarazadə Tağı iştirak ediblər, sertifikata layiq görülüblər.