Milli dəyərlərimiz tarixi sərvətimizdir
BŞTİ-nin 13.03.2023-cü il tarixli 3-29-59 nömrəli əmri ilə təsdiq edilmiş " Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində şagirdlərə milli dəyərlərimiz, adət-ənənələrimizi qoruyub saxlamaq və onlara məhəbbət hissi aşılamaq məqsədilə 28.04.2023-cü il tarixində məktəbin texnologiya müəllimi Xədicə Fərəczadə 6/a sinif şagirdləri ilə "Azərxalça" açıq səhmdar cəmiyyətinin Nardaran filialına ekskursiya ediblər. "Azərxalça" açıq səhmdar cəmiyyətinin Nardaran filialının direktoru Sədaqət Qurbanova şagirdlərə Azərbaycan xalçaçılığının tarixi, toxunuşu və naxışvurma tətbiqi haqqında ətraflı məlumatlar verib.Şagirdlər xalçaçılıq sənətinin incəlikləri ilə yaxından tanış olublar.