Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər
26.04.2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə əsasən tarix müəllimi Məhəbbət Tarverdiyev 8/ç sinfində "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda açıq dərs keçirib. Dərsin keçirilməsində məqsəd dahi rəhbər Heydər Əliyevin Respublikamızın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji istiqamət seçərək, öz müdrik siyasəti ilə tarix boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik, tolerantlıq ənənələrini və multikultural dəyərlərin yeni bir mərhələyə qaldırmağa nail olması haqqında şagirdləri məlumatlandırmaq olub.