Dərsdinləmələrə start verilib
Məktəbin Fəaliyyət Planının 1.3.1 bəndinə əsasən tədrisin keyfiyyətinə və dərsin məqsədlərinin mövcudluğuna istiqamətlənmiş dərsdinləmələrə start verilib. Dərsdinləmənin keçirilmə qrafikinə əsasən məktəbin direktoru Samirə Əliyeva tərəfindən məktəbin tarix müəllimi Məhəbbət Tarverdiyevin 9/b sinfində "Türk dünyası" mövzusunda dərsi dinlənilib. Dərs zamanı müəllim təlim nəticələrini reallaşdırmağı bacarıb.