Şagirdlər 13№li Bakı Peşə Məktəbində keçirilən "açıq qapı" günündə istirak ediblər
“Ümumi təhsil müəssisələrində peşəyönümlü xidmətin təşkili barədə” fəaliyyət planına əsasən məktəbin peşəyönümlü sahə üzrə təyin olunmuş koordinatoru Günay Əliyevanın təşkilatçılığı ilə IX sinif şagirdlərinin 13№li Bakı Peşə Məktəbinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı şagirdlərə xalçaçılıq, aşbazlıq və dərzilik sənəti barədə məlumatlar verilib. Həmçinin şagirdlərin xalça toxumalarına, aşbazlıq və dərzilik peşəsinə uyğun işləri sınaqdan keçirilmələrinə şərait yaradılıb.