31 Mart Soyqırımına həsr olunmuş konfrans keçirilib

    Konfransda ilk olaraq Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Çıxış üçün ilk söz tarix müəllimi Məhəbbət Tarverdiyevə verilib. O, 1918-ci ilin mart ayının 30-dan başlayaraq, erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş bu soyqırım nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, xalqın maddi-mənəvi sərvətlərinin dağıdılıb, talan edildiyini, böyük qaçqın və didərgin ordusunun yarandığını konfrans iştirakçılarına çatdırıb. Məktəbin TİDM Yeganə Dadaşova şagirdlərə qan yaddaşımızı, tariximizi unutmamağı öz çıxışında qeyd edib. Sonda “31 Mart Soyqırımına” həsr olunmuş videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi