31 Mart Soyqırımına həsr olunmuş sinif təşkilat keçirilib
30.03.2023-cü ilin tarixində məktəbin ingilis dili müəllimi Sənubər Cəlali sinif təşkilat saatını “31 Mart – Azərbaycanlıların Soyqırımı günü”nə həsr edib. Dərsdə müəllim ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini qeyd edib. Dərsdə şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda onların hazırladıqları təqdimatlar da dinlənilib.