Şagirdlərin akademik bacarıqları yoxlanılıb
30.03.2023-cü il tarixində məktəbin direktoru Samirə Əliyeva tərəfindən IV siniflər üzrə monitorinq keçirilib. Monitorinqdə IV sinif paralelində komplektləşdirilmiş 86 nəfər şagirdin Azərbaycan dili və riyaziyyat fənni üzrə akademik bacarıqları yoxlanılıb. Suallar IV sinfin azərbaycan dili və riyaziyyat fənni üzrə tədris proqramında əks olunmuş standartlara əsasən tərtib olunub. Monitorinqin nəticələri fənn müəllimləri ilə müzakirə olunacaq.