İdman həftəsinə həsr olunmuş esselər yazılıb
5 Mart – Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə təşkil olunan idman həftəsinin son günündə II-IX siniflərdə "Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq" adlı esse yazı müsabiqəsi keçirilib. Sinif rəhbərlərinin nəzarəti altında şagirdlər esseləri tamamlayıb, müəllimlərə təhvil veriblər. Esse qaliblərinin mükafatlandırma mərasimdə elan olunacağı qeyd olunub.