İdman həftəsinə həsr olunmuş viktorina keçirilib
28.02.2023-cü il tarixində idman həftəsi çərçivəsində üçüncü sinif şagirdləri arasında idman viktorinası keçirilib. Yarış idmanın bütün sahələrini əhatə edən və yaş xüsusiyyətinə uyğun suallar əsasında təşkil olunub. İdmanın müxtəlif növlərinin adını daşıyan komandaların yarışı yüksək əhval-ruhiyyə şəraitində keçirilib. Viktorinaların keçirilməsində əsas məqsəd uşaqlarda fiziki aktivliyə olan marağın artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması olub. Sinif müəllimlərinin müşayiəti ilə davam edən yarış, sonda cüdo komandasının qələbəsi ilə başa çatıb.