İdmançılarla görüş keçirilib
28.03.2023-cü il tarixində məktəbin müxtəlif idman yarışlarında uğurlu nəticə göstərən idmançı şagirdləri ilə görüş keçirilib. Görüşdə çıxış edən idman müəllimləri ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə görülən işlərdən danışıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayan müəllimlər idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib və uğurlarının davamlı olmasını arzu ediblər.