"İdmanın müxtəlif növləri" mövzusunda xüsusi dərs keçirilib

    27.03.2023-cü il tarixində məktəbin idman müəllimi Bağır Orucov beşinci sinif şagirdləri ilə "İdmanın müxtəlif növləri" mövzusunda xüsusi dərs keçirib. Dərsin keçirilməsində məqsəd uşaqlarda fiziki aktivliyə olan marağının artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi olub. İlk olaraq müəllim şagirdlərə mövzuya uyğun müxtəlif məlumatlar verib. O həmçinin idmanın şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə göstərdiyi müsbət təsirləri də diqqətə çatdırıb. Ardınca şagirdlərin mövzuya uyğun təqdimatları dinlənilib. Dərs boyunca onlarla fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi