"Unudulmayan tarix" adlı şeir müsabiqəsi keçirilib
Məktəbin kitabxanasında Xocalı faciəsini otuz birinci ildönümünə həsr olunmuş "Unudulmayan tarix" adlı şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd faciə qurbanlarının xatirəsinin anılması, Azərbaycanın tarixini və xalqın başına gələn müsibətləri unutdurmamaq olub. Seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan istifadənin, həmçinin nitqin aydınlığı və səlisliyinin əsas meyyar oluduğu müsabiqədə istedadına görə fərqlənən şagirdlər mükafatlandırılıb.