“Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
24.02.2023-cu il tarixində məktəbin akt zalında Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi şagirdlərə çatdırmaq, Xocalı qurbanlarını anmaq məqsədi daşıyan “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbir, Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi, Xocalı qurbanları və Vətən uğrunda canını fəda edən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə açıq elan olunub. Şagirdlər, Xocalı faciəsinin şahidlərinin dilindən, o günün ağrılı-acılı xatirələrini tədbir iştirakçıları ilə paylaşıblar. Ardınca şagirdlərin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müxtəlif şeirlər də səsləndirilib.
Sonda çıxış edən məktəbin TIDM Yeganə Dadaşova nümayiş olunan kompozisiyanın Azərbaycan tarixinin ən qanlı hadisələrdən olan "Xocalı Soyqırımı"nın anılması və yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə olunmasıda həmçinin vətənə, torpağa məhəbbət hissinin aşılanmasında göstərdiyi rolu xüsusi qeyd edib.