“Ana Dili Günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirilib

    Məktəbin kitabxanasında “Ana Dili Günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi, hörmət hissini daha da artırmaq və istedadlı şagirdləri aşkara çıxarıb, rəğbətləndirmək olub.

    V-IX sinif şagirdləri arasında keçirilən müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu,  məzmuna uyğun jest və mimikalardan, səs tonundan istifadə edilməsi, həmçinin nitqin aydınlığı və səlisliyi əsas meyyar olub. Müsabiqə V/b sinif şagirdi Abbasova Raziyənin qələbəsi ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi