Rəsm dərsi Xocalı Soyqırımına həsr olunub
23.02.2023-cü il tarixində məktəbin 2/a sinfində rəsm dərsi “Xocalı Soyqırımı”na həsr olunub. “Xocalı yaddaşlarda” adlı dərsin keçirilməsində məqsəd Xocalıda yaşananları unutdurmamaq, şagirdlərə tanıtmaq olub.
İlk olaraq sinif müəllimi İradə Abasova şagirdlərə “Xocalı Soyqırımı” haqqında məlumat verib. Ardınca şagirdlər mövzuya uyğun rəsmlər çəkiblər. Sonda şagirdlər “Xocalı”ya həsr olunmuş şeirlər də səsləndiriblər.