Ana Dili Gününə həsr olunmuş xüsusi dərs keçirilib

    21.02.2023 - cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aydan Hüseynzadə 6/A sinfində "Ana Dili Günü"nə həsr olunmuş xüsusi dərs keçirib. Dərsin keçirilməsində məqsəd şagirdlərə ana dilin varlığını hiss etdirmək, onunla qurur duymaq, qoruyub, inkişaf etdirib və dərindən öyrənməyin vacibliyini xatırlatmaq olub. Müəllim şagirlərə ana dilimizin ən böyük sərvətimiz olduğunu söyləməklə məruzəsinə başlayıb. O həmçinin Azərbaycan dilinin dövlət dili statusu qazanmasının tarixi barədə də şagirdlərə məlumat verib. Dərsdə Tofiq Bayramın "Ana dili"  şeiri də səsləndirilib. Şagirdlərlə müzakirə formasında keçirilən dərsin sonunda onların fikir və təklifləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi