“Xocalını unutmayaq” adlı inşa yazı müsabiqəsi keçirilib
Xocalı faciəsinin otuz birinci ildönümü ərəfəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aydan Hüseynzadə VII/a sinif şagirdləri arasında “Xocalını unutmayaq” adlı inşa yazı müsabiqəsi təşkil edib. Müsabiqə “Xocalı soyqırımı” zamanı törədilmiş cinayətləri, xalqın çəkdiyi əzab-əziyyəti şagirdlərə çatdırmaq məqsədi daşıyıb. Şagirdlər onlara ayrılmış 45 dəqiqə ərzində inşaları tamamlayıb, müəllimə təhvil veriblər.