"Heydər Əliyev ili" nə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasən 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar tarix müəllimi Cəmilə Abdullayevanın təşkilatçılığı ilə 8/A sinfində "Dəyirmi masa" keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. TİDM Yeganə Dadaşova şagirdlərə ulu öndərin həyatı və Azərbaycan dilinin inkişafı üçün gördüyü işlərdən danışıb. Cəmilə müəllim Heydər Əliyevin, Azərbaycanın gələcəyi naminə gördüyü işlər haqqında şagirdlərə ətraflı məlumatlar verərək mövzuya aid videoçarx nümayiş etdirib.