BŞTİ-nin təşəbbüsü ilə məktəblərdə növbəti monitorinq keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əvvəlcədən müəyyən etdiyi qrafikə əsasən idarənin tabeliyi üzrə məktəblərdə növbəti monitorinq təşkil edilib. Monitorinq VIII və IX siniflərdə aparılıb. Sual kitabçaları idarə tərəfindən hazırlanıb bir gün öncə məktəblərə göndərilib. Monitorinq ana dili, riyaziyyat və ingilis dili fənlərini əhatə edib. Nəzarətçilər məktəb tərəfindən müəyyənləşdirilib. Rəhbərlik monitorinqin obyektiv və təlimata uyğun aparılması üçün bütün təşkilati məsələləri həyata keçirib.