20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib

    19.01.2023-cü il tarixində məktəbin akt zalında Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə  qəhrəmanlıq səhifəsi kimi yazılmış Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “İstiqlal yolunun ilk zirvəsi” adlı ədəbi-bədii kompozisiya keçirilib. Məktəb rəhbərliyi, müəllim və şagird kollektivinin iştirakı ilə keçən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

    Ardınca şagirdlərin ifasında faciəni əks etdirən şeirlər, mahnılar səsləndirilib, səhnəciklər nümayiş etdirilib. Şagirdlər tərəfindən nümayiş etdirilən ədəbi-bədii kompozisiyada 8/B sinif şagirdləri fəal  iştirak  ediblər.

    Tədbir boyu fonda 20 yanvar hadisələrini əks etdirən slaydlar, vidioçarxlar nümayiş etdirilib. Sonda çıxış edən, məktəbin TİDM Yeganə Dadaşova qeyd edib ki, 20 yanvar hadisəsi xalqımızın tarixinə  həkk olunmuş ən  qanlı faciələrdəndir. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 yanvar şəhidləri hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi