20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş "Dəyirmi masa" keçirilib
18.01.2023- cü il tarixində məktəb rəhbərliyinin iştirakı tarix müəllimi Məhəbbət Tarverdiyevin təşkilatçılığı ilə "Dəyirmi masa" keçirilib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə açan Məhəbbət müəllim bildirib ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Ardınca dəyirmi masa iştirakçısı olan şagirdlər də mövzu ilə əlaqəli çıxış ediblər. Onlar 20 Yanvar hadisələrindən illər keçsə də şəhidlərimiz unudulmadığını, vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş bu insanların bütün gənclərə örnək olduğunu bildiriblər. Sonda müəllim qəhrəman oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanının mütəmadi ziyarət edilməli olduğunu qeyd edib. Dəyirmi masada hadisələrin xronologiyasından bəhs edən videoçarx da nümayiş olunub.