Sağlam qidalanmanın əhəmiyyəti barədə "Dəyirmi masa" keçirilib
Sağlam qidalanmanın əhəmiyyəti barədə "Dəyirmi masa"nın keçirilməsində məqsəd uşaqlara sağlam qidalanma vərdişlərinin yaradılması yollarını öyrətmək olub. 4/C sinif şagirdləri ilə keçirilən "Dəyirmi masa"da ilk olaraq sinif müəllimi Rumiyyə Heydərova sağlam qidanın əhəmiyyəti, vacibliyi barədə şagirdlərə məlumat verib. Şagirdlər ayrı-ayrılıqda müxtəlif meyvələrin faydalarından bəhs edib, fikir mübadiləsi aparıblar. Sonda müəllim düzgün qidalanmanın zehni qabiliyyəti yaxşılaşdırdığını, yaddaşı inkişaf etdirdiyini, bununla da təhsil prosesini yüngülləşdirdiyini şagirdlərə çatdırıb və qeyd edib ki, bunları diqqətdə saxlayaraq hər birimiz sağlam qidalanmağa çalışmalıyıq.