BŞTİ tərəfindən təhsil müəssisələrində ikinci monitorinq keçirilib
27.12.2022-ci il tarixdə BŞTİ tərəfindən təhsil müəssisələrində, o cümlədən, 130 nömrəli məktəbdə ikinci monitorinq keçirilib. Monitorinq 3 fənn üzrə-ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil edilib. Göndərilmiş materiallar çap olunaraq həm VII və IX siniflərə verilib. Eyni materiallar əsasında həm IX, həm də VII sinif şagirdlərinin monitorinq edilməsində məqsəd VII siniflərdə tədrisin mövcud vəziyyətini, IX siniflərdə isə şagirdlərin bu 3 fənn üzrə VI-VII sinif səviyyəsində olan problemlərini müəyyənləşdirmək olub. Monitorinqin müddəti 2,5 saat olub. İngilis dili fənnindən digər suallarla yanaşı şagirdlərə dinləmə materialı təqdim. Suallar həm açıq, həm də qapalı formatda olub. Məktəb üzrə 71 şagird IX siniflərdən, 73 şagird isə VII siniflərdən monitorinqə cəlb edilib. Monitorinqin şəffaf və obyektiv keçirilməsi üçün məktəb rəhbərliyi lazımı təşkilatı işləri məsuliyyətlə həyata keçirib.