Monitorinq nəticələrinin müəllimlərlə müzakirəsi
Məktəb rəhbərliyi müəllimlərlə VI-IX sinif şagirdləri ilə BŞTİ tərəfindən keçirilən I monitorinqin nəticələrinin müzakirəsini aparıb. Müzakirənin aparılmasında məqsəd əldə olunan nəticənin yüksəldilməsinə yönəlmək və zəif nəticələrin səbəblərini müəyyənləşdirib onları aradan qaldırmaq olub. Direktor Samirə Əliyeva şagirdlərin nailiyyət göstəricilərinin artırılması üçün müəllimlərə müvafiq tapşırıqlar verib.