Valideynlərlə görüş keçirilib
Məktəb rəhbərliyi və müəllim heyəti ibtidai siniflərdə zəif oxuyan şagirdlərin valideynləri ilə görüş keçirib. Görüşün keçirilməsində məqsəd valideynləri şagirdlərin nailiyyət göstəriciləri ilə tanış edib, mövcud problemləri aradan qaldırmaq olub. Sinif rəhbəri Həvva Rəcəbova valideynlərə övladlarının oxuyub-anlama və riyazi bacarıqlarının zəif olduğunu bildirib. TİDM Yeganə Dadaşova şagird nailiyyətlərinin yüksəldilməsində məktəb-valideyn münasibətlərinin əhəmiyyətini qeyd edib.