Peşə seçimi ilə əlaqəli psixoloji test keçirilib
20.12.2022-ci il tarixində məktəbin psixoloqu Aybəniz Zamanova 9/b sinif şagirdləri arasında peşə seçimi ilə əlaqəli psixoloji test keçirib. Psixoloq ilk olaraq şagirdləri düzgün ixtisas və peşə seçimi, uğurlu karyera barədə məlumatlandırıb. Testin keçirilməsində əsas məqsəd uğurlu karyeranın təməlinin düzgün peşə seçiminə bağlı olduğu barədə şagirdləri maarifləndirmək olub.