Düzgün ixtisas və peşə seçimi
Şagirdlərin düzgün ixtisas və peşə seçimi, uğurlu karyera barədə maarifləndirilməsi məqsədiilə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Məleykə Əlizadənin təşkilatçılığı ilə məktəblilər Azərbaycan Dövlət Pedaqoji Universitetində olublar. Universitetin prorektoru şagirdlərlə görüşüb, onların ADPU ilə tanışlığına imkan yaradıb.