Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib
12.12.2022-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Dövlət Himninin səslənməsi ilə başlanıb, Ulu Öndər və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirin keçirilməsində məqsəd bu böyük siyasətçinin həyat yolu və fəaliyyəti barədə şagirdləri məlumatlandırmaq olub. Tədbirdə məktəbin 10-11-ci sinif şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeir və nəğmələr səsləndirilib. Onun zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyətinin xalqımızın milli dirçəlişindəki rolundan geniş söz açılıb. Sonda Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.